ice berg

ice berg Heyvanlar aləmi 19-05-2026, 14:00

Ağrıyan yerə uzanan pişiklər təsadüf deyilmiş - Bu FAYDALARI var

Ağrıyan yerə uzanan pişiklər təsadüf deyilmiş - Bu FAYDALARI var

Pişiklər birbaşa müalicə etmir, lakin onların insanın yanında olması psixoterapevtik təsir göstərərək ağrının azalmasına kömək edə bilər.

Loading.Az xəbər verir ki, bu barədə veterinar həkim Yelena Frolenko bildirib.

Onun sözlərinə görə, 22-44 Hz aralığında olan vibrasiyalar ağrının yüngülləşməsinə müsbət təsir göstərə bilər. Mütəxəssis qeyd edib ki, pişiklər çox vaxt bədənin ağrıyan hissəsinə uzanır, çünki həmin nahiyələrdə temperatur daha yüksək olur.

Frolenko əlavə edib ki, burada özünütəlqin amili də rol oynaya bilər: insan ev heyvanının onu "müalicə etdiyinə" inanırsa, bu, sağalma prosesinə müsbət təsir göstərə bilər.

Bundan başqa, pişiklərin "süd addımı" adlanan hərəkəti - yəni sahibini pəncələri ilə yüngülcə tapdalaması da insan üçün terapevtik masaj effekti yarada bilər. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
108 140 133 125 103 107

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.