Ayrılıq
Ömür də vəfasız dünya vəfasız,
Nəyə qovuşdunsa sonu ayrılıq.
Məni eşq yazarı etdi məhəbbət,
Bəlkə də üzəcək onu ayrılıq.
Gör necə varlıqdı heyranı yoxdu,
Əlində fürsəti imkanı çoxdu,
Elə xəstəlikdir dərmanı yoxdu,
Ağrdır səssizcə canı ayrılıq.
Eyləmə özünü hamıya rəzil,
Gəlir ayrılıq da ölüm tək qəfil,
Ayrılıq təkcə bu həyatda deyil,
Ömrümüzün ən son, anı ayrılıq.
Vüsal Həsrət.






