ice berg

ice berg Şeirlər 20-05-2026, 22:00

Biri gedir

Biri gedir

Biri gedir,
ən yaxının, ən əzizin uzaq olur.
Darıxırsan...
Darıxdıqca gözlərindən qıraq olur.

Biri gedir,
ömür kimi öz-özündən əksilirsən.
Düşünürsən,
xəyalınla buludlara yüksəlirsən.

Biri gedir,
əllərinlə qapıları bağlayırsan.
Gələn olmur,
dizlərini qucaqlayıb ağlayırsan.

Biri gedir,
daha budaq axtarmırsan tutunmağa.
Halın olmur,
təkliyindən kənarlaşıb utanmağa.

Biri gedir,
qəbullanıb yaşamağa çalışırsan.
Şəkli qalır,
baxıb ona nələr-nələr danışırsan.

Biri gedir,
təzə sönmüş ocaq kimi közü qalır.
Külək əsir,
yanağında əllərinin izi qalır.

Biri gedir,
işıqları sönür bütün səhnələrin.
Yada düşür,
sözü burda xatırlanır köhnələrin.

Biri gedir,
xəyalında canlanır hey diri kimi.
Tükənirsən,
yaşamaqsa, yaşayırsan ölü kimi.

Biri gedir,
sanırsan ki, anan ölüb, atan ölüb.
Diksinirsən,
görürsən ki, ən sevdiyin adam ölüb, baban ölüb.

Biri gedir,
həsrətindən dişlərini qıcayırsan.
Tanıdığın
hər adamı səbəbsizcə qınayırsan.

Biri gedir,
daha bütün gəmiləri batırırsan.
Bir kitabı
oxumayıb, yarım qoyub qurtarırsan.

Biri gedir,
sonra belə sükutuna çəkilirsən.
Sabah olur,
günəş çıxır, sən zülmətə çəkilirsən...

• Nail Zeyniyev

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
95 129 116 123 138 122

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.