Zelenski hava hücumundan müdafiə ilə bağlı çağırış etdi
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, raketdən müdafiə Ukrayna üçün bir nömrəli prioritetdir. Sun.Az
xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi məlumat yayıb.
O, həmçinin hava məkanında atəşkəsin tətbiqini təklif edib və Rusiyaya qarşı sanksiya təzyiqinin davam etdirilməsinə çağırıb.
"Bu, böyük irəliləyişdir. Biz artıq Ukraynanın öz hava hücumundan müdafiə sisteminin hazırlanmasına başlamışıq. Lakin tərəfdaşlarımızın dəstəyi olmadan lazımi sürətə çatmaq çətindir. Raketdən müdafiə bir nömrəli prioritetdir", - deyə Zelenski bildirib.






