Spitakda Paşinyanla sakin arasında qarşıdurma
Ermənistanın Baş naziri Nikol Paşinyan Spitak şəhərində keçirilən seçki kampaniyası zamanı narazı seçici ilə gərgin anlar yaşayıb. Sun.Az
xəbər verir ki, bu barədə RİA Novosti "İşxanutyun" nəşrinə istinadən məlumat yayıb.
Məlumata görə, yaşlı bir kişi ölkədə aparılan siyasətdən narazılığını ifadə etdikdən sonra Paşinyan polis və təhlükəsizlik əməkdaşlarından həmin şəxsin mitinq ərazisindən uzaqlaşdırılmasını istəyib.
Daha sonra təqaüdçü bildirib ki, nəvəsi 2023-cü ildə Azat kəndində yerləşən kazarmada baş verən yanğın zamanı həyatını itirib. O, hadisəyə görə Paşinyanın yaxın çevrəsini və onu müşayiət edən şəxsləri günahlandırıb.






