Raul Kastro 30 ildir davam edən məhkəmə prosesində ittiham olunur
Ədliyyə Nazirliyinin Kubanın keçmiş prezidenti Raul Kastroya qarşı cinayət ittihamları 30 ildən çoxdur ki, davam edən bir araşdırmadır və Mayamidəki federal prokurorlar ona qarşı ilk dəfə 1990-cı illərdə ittiham aktı hazırlamışlar. Sun.Az
CNN-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı məlumatlı şəxslərin sözlərinə görə, çərşənbə günü Mayamidə keçirilən tədbirdə 94 yaşlı Kastronun müdafiə naziri vəzifəsindəki roluna və 1996-cı ildə Kuba-Amerika "Qardaşlar Xilasetmə" qrupuna məxsus iki mülki təyyarənin vurulmasında iştirakına diqqət yetirilərək, üç onillikdən sonra cinayət ittihamları elan edilib. Beynəlxalq hava məkanında iki Kuba MiG qırıcısının hücumu nəticəsində üçü amerikalı olmaqla dörd nəfər həlak olub.
Baş prokuror vəzifəsini icra edən Todd Blanche, Kuba mühacirlərinin Kubanın müstəqillik günü kimi qeyd etdiyi bir gündə atışma qurbanlarının xatirəsini yad etmək mərasimində ittihamnaməni elan edib. Kastro ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsd, təyyarənin məhv edilməsi və dörd qətl hadisəsində ittiham olunur. O, hazırda ABŞ-da həbsdə deyil.
Müəllif: İlkin Məmmədkərimov






