Polşa ABŞ əsgərləri üçün şəhərcik tikməyə hazırdır
Varşava ABŞ hərbçilərinin Polşada daimi yerləşdirilməsi üçün xüsusi şəhərcik tikməyə hazır olduğunu açıqlayıb. Sun.Az
xəbər verir ki, "The Wall Street Journal"ın məlumatına görə, bu barədə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski Pentaqon rəsmiləri ilə görüşdən sonra danışıb.
"Biz Pentaqona Amerika əsgərlərinin daimi yerləşdirilməsi ilə bağlı təklif təqdim etmişik. Bu isə həmin bölmə üçün kiçik bir şəhərin tikilməsi deməkdir və biz buna hazırıq. Bütün xərcləri qarşılamağa da hazırıq", - deyə Zalevski "The Wall Street Journal"a müsahibəsində bildirib.
Nazir müavininin sözlərinə görə, ABŞ yaxın həftələrdə Polşadakı Amerika hərbi mövcudluğunun azaldılmasının qarşısını almaq üçün Varşavaya müxtəlif variantlar təqdim edəcək.
Varşava hesab edir ki, hərbçilər üçün yeni obyektlərin və yaşayış yerlərinin inşası Amerika qoşunlarının ölkədə daimi yerləşdirilməsinə imkan yaradacaq.






