ice berg

ice berg Evlilik 23-05-2026, 12:00

Evliliklərinin 75-ci ilini qeyd edən cütlük - xoşbəxtliyin sirri

Evliliklərinin 75-ci ilini qeyd edən cütlük - xoşbəxtliyin sirri

ABŞ-da yaşayan Ceyms və Culiya Ambrouz 75 illik xoşbəxt evliliyin sirrini açıqlayıblar.

 

Loading.az xarici mediaya istinadla xəbər verir ki, artıq 90 yaşı keçən cütlük növbəti evlilik ildönümünü qeyd edib.

 

Onların sözlərinə görə, uzunömürlü və möhkəm ailənin əsas sirri küsülü qalmamaqdadır. Ceyms və Culiya bildiriblər ki, aralarında narazılıq yarananda problemi həll etmədən heç vaxt yatmağa getmirlər.

 

Ceyms zarafatla əlavə edib ki, evdə əsas söz sahibinin Culiya olduğunu çoxdan anlayıb. O bildirib ki, bunu onunla evlənməyə razılıq verdiyi ilk gündən hiss edib.

 

Cütlük 1951-ci ildə tanış olub. Onların sözlərinə görə, ilk növbədə bir-birlərinin xarici görünüşü diqqətlərini cəlb edib. Münasibətə başladıqdan qısa müddət sonra ailə quran Ambrouzlar 75 il ərzində iki oğul və iki qız övladı böyüdüblər. Hazırda onların 12 nəvəsi, 21 nəticəsi və iki kötükcəsi var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
106 129 109 115 152 123

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.