Mariya Zaxarova Paşinyanın ittihamlarını rədd etdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün Telegram kanalında Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya qarşı səsləndirdiyi ittihamlara münasibət bildirib. Sun.Az
xəbər verir ki, Zaxarova Paşinyanın iştirakı ilə yayımlanan video və "Euronews"da dərc olunan məqaləyə keçid paylaşıb. Həmin məqalədə iddia olunur ki, Yerevan süni intellekt texnologiyalarından istifadə edən Rusiyanın "Matryoşka" adlı dezinformasiya kampaniyasının hədəfinə çevrilib.
Zaxarova məqaləni sərt şəkildə tənqid edərək onu "informasiya requrgitasiyası" adlandırıb.
O bildirib: "Süni intellekt texnologiyalarının və ya bot şəbəkələrinin istifadə edilməsi ilə bağlı yayılan xəbərlərə aldanmayın. Bu, Nikol Vovayeviç Paşinyanın özüdür."






