cabir

cabir Xəbərlər 23-05-2026, 18:30

Ermənistanın Aİ kursu Moskvada narahatlıq yaradıb

Ermənistanın Aİ kursu Moskvada narahatlıq yaradıb

Ermənistanın Avropa İttifaqına (Aİ) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük arasında mümkün qədər tez qərar verməsi vacibdir.                Sun.Az      xəbər verir ki, bunu RİA Novosti agentliyinə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.                            

"Bu gün Ermənistanda qəbul edilən bəyanatları və qanunvericilik təşəbbüslərini nəzərə alaraq, Ermənistanın Aİ ilə Aİİ arasında seçim etməsini düzgün hesab edərik", - deyə Overçuk bildirib.

O qeyd edib ki, iqtisadi əməkdaşlıq çərçivəsində Yerevan Rusiya enerji resurslarına tətbiq olunan güzəştlərdən faydalanır. Overçukun sözlərinə görə, Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə həmin güzəştlərə yenidən baxıla bilər.

      

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
77 86 88 92 88 87

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.