Rusiya XİN başçısı Ermənistana dair mesaj verdi
Qərb Ukraynada tətbiq etdiyi siyasəti indi Ermənistanda da həyata keçirməyə çalışır. Sun.Az
xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının iclasında çıxışı zamanı danışıb.
RİA Novostinin məlumatına görə, Lavrov bildirib ki, Qərb Rusiyanın müttəfiqlərini, xüsusilə də qonşu ölkələri parçalamağa çalışır. O qeyd edib ki, Gürcüstan, Moldova və Ukraynada tətbiq olunan siyasət indi Ermənistana qarşı da istifadə edilir.
Diplomatın sözlərinə görə, Qərb Ermənistanı da "qüsurlu məntiqə" sürükləməyə çalışır.






