Amin Xəlilzadə
Dəyişib dövrü-zamanın üzü, əvvəlki deyil,
Yanan əvvəlki ocaqdır, közü əvvəlki deyil.
Kimə baxsan zarıyır, nalə çəkir külli-cahan,
Nə hünər var, nə dözüm var, nədəki cismidə can,
Satılandan, pula hörmət, pula izzət, pula san, Kişi var düşdü kəsərdən sözü, əvvəlki deyil.
Verdi qiymətsizə qiymət, budu xalqın əsəri,
Kimi əxlaqsıza, namussuza vermiş dəyəri,
Kimidə zillətinən parça çörəkdən ötəri, Qarışıbdır gecəsi-gündüzü, əvvəlki deyil.
Baxma üzlərdə gülüş var, neçə qəlblər alışır... Çoxu haqqın deyə bilmir, bu həyatnan barışır,
Nə qədər sus deyirəm qəlbimə susmur danışır, Nə yalan söyləsin Amin?düzü əvvəlki deyil.
Dəyişib dövrü zamanın üzü, əvvəlki deyil,
Yanan əvvəlki ocaqdır, közü əvvəlki deyil.






