cabir

cabir Texnologiya 27-05-2026, 09:00

Şimali Koreya süni intellektlə işləyən yeni raketi sınaqdan keçirdi

Şimali Koreya süni intellektlə işləyən yeni raketi sınaqdan keçirdi

Şimali Koreya süni intellekt (Sİ) texnologiyalarından istifadə edən yeni çoxtəyinatlı yüngül raketlərin buraxılış və taktiki qanadlı raketlərin zərbə atəşi sistemini sınaqdan keçirib.                                 Sun.Az                    

xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Teleqraf Agentliyi (KMTA) xəbər verib.                   

Məlumata görə, yeni taktiki qanadlı raket yüksəkdəqiqlikli avtonom naviqasiya və topoqrafik uyğunlaşdırma sistemi ilə birləşdirilmiş Sİ əsaslı terminal yönləndirmə funksiyası ilə təchiz edilib.

Qeyd olunur ki, raket süzülmə və mühərrikli uçuşun kombinə edilmiş sxemindən istifadə edərək 100 kilometrə qədər məsafədə hədəflərə yüksəkdəqiqlikli zərbələr endirmə qabiliyyətinə malikdir.

Sınaqları ölkə lideri Kim Çen In da izləyib. O, yeni silahların hərbi əhəmiyyətini yüksək qiymətləndirib və yenilənmiş atəş idarəetmə sistemlərinin və buraxılış qurğularının avtomatlaşdırılmasının müasir döyüş şəraitinə uyğunlaşdırıldığını bəyan edib.

KMTA-nın məlumatına görə, yeni silahların ölkənin cənubundakı artilleriya bölmələrinə verilməsi planlaşdırılır.

                           

                           

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
121 104 96 78 82 111

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.