ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 28-05-2026, 03:37

Metropolitendə tikintiyə ayrılacaq milyonlar AÇIQLANDI

Metropolitendə tikintiyə ayrılacaq milyonlar AÇIQLANDI

Metropolitendə tikintiyə ayrılacaq milyonlar AÇIQLANDI

"Bakı Metropoliteni" QSC ilə bağlı beynəlxalq məsləhətçi şirkətlə 10 prioritet istiqamət üzrə xüsusi proqram işlənib hazırlanıb.

Loading.az xəbər verir ki, bu barədə "AZCON Holding"in icraçı direktoru Şahin Babayev "Report" İnformasiya Agentliyi və "ARB 24" televiziyasına müsahibəsndə bildirib.

Onun sözlərinə görə, miqyaslı layihələrin reallaşdırılması üçün beynəlxalq maliyyə qurumları, strateji tərəfdaşlar və xarici investorlarla birgə fəaliyyət zəruridir: "Bu məqsədlə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində inşa ediləcək 10 metro stansiyası, eləcə də Azərbaycan Dəmir Yollarının infrastruktur potensialının artırılması istiqamətində Asiya İnkişaf Bankı (ADB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) və Dünya Bankı ilə sıx əməkdaşlıq prosesi artıq start götürüb. AİİB ilə "Bakı metrosunun genişləndirilməsi layihəsi – I mərhələ" çərçivəsində 180 milyon ABŞ dolları məbləğində maliyyələşmə müqaviləsi imzalanıb".

Ş. Babayev əlavə edib ki, əsas hədəf investisiya layihələrinə investorların cəlb edilməsidir: "Bilik paylaşımı, kadr resurslarının tənzimlənməsi, mütəxəssislərlə qarşılıqlı təlimlərin həyata keçirilməsi istiqamətində də ardıcıl görüşlər davam etdirilir. Bu proses artıq təkcə görüşlər formatında deyil, həm holdinqlərlə qarşılıqlı əməkdaşlıq mexanizmi şəklində icra olunur".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
91 89 72 101 100 59

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.