ice berg

ice berg Texnologiya 28-05-2026, 22:00

Süni intellekt riyaziyyatda yeni uğurlar qazandı – İnsan bacara bilməmişdi

Süni intellekt riyaziyyatda yeni uğurlar qazandı – İnsan bacara bilməmişdi

“Google DeepMind” yeni süni intellekt sistemi “AlphaProof Nexus”un uzun illərdir açıq qalan bəzi mürəkkəb riyaziyyat problemlərini həll etdiyini açıqlayıb.

Loading.az xəbər verir ki, şirkətin məlumatına görə, sistem məşhur macar riyaziyyatçısı Pol Erdosun irəli sürdüyü yüzlərlə açıq problemdən doqquzunu insan müdaxiləsi olmadan həll edə bilib. Onlardan bəzisi onilliklərdir cavabsız qalırdı.

“DeepMind” bildirir ki, AI yalnız cavab verməyib, həm də riyazi sübutları formal şəkildə yoxlayaraq səhvləri azaltmağa çalışıb.

Ekspertlər bunu süni intellektin artıq təkcə köməkçi vasitə deyil, elmi araşdırmalarda yeni ideyalar irəli sürə bilən alətə çevrilməsi istiqamətində mühüm addım hesab edirlər.

 

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
118 137 101 115 134 147

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.