ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 29-05-2026, 10:40

Rusiya Ermənistanı sıxır - Bu məhsullardan imtina edilir

Rusiya Ermənistanı sıxır - Bu məhsullardan imtina edilir

Rusiya Ermənistanı sıxır - Bu məhsullardan imtina edilir

“Rosselxoznadzor” 30 may 2026-cı il tarixindən etibarən Ermənistandan Rusiyaya göndərilən bir sıra giləmeyvə və təzə tərəvəzlərin (pomidor, xiyar, bibər, göyərti və çiyələk daxil olmaqla) idxalına müvəqqəti məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Loading.az xəbər verir ki, qurumun açıqlamasına görə, bu qərar fitosanitar təhlükəsizliyi təmin etmək məqsədi daşıyır və Ermənistandan gətirilən məhsullarda aşkarlanan pozuntularla əlaqələndirilir. Qeyd olunur ki, yeni mexanizm hazırlanıb tətbiq edilənə qədər məhdudiyyətlər qüvvədə olacaq.

Ermənistan tərəfinin əvvəllər aşkar edilən pozuntulara kifayət qədər reaksiya vermədiyi iddia edilir. Həmçinin 2026-cı ilin 21–27 may tarixlərində aparılan yoxlamalar zamanı istixanalarda karantin obyektləri aşkarlanıb və bu, Avrasiya İqtisadi İttifaqı ölkələri üçün risk kimi qiymətləndirilib.

“Rosselxoznadzor” həmçinin bildirir ki, 2026-cı ilin əvvəlindən indiyədək ümumilikdə 181 belə hal qeydə alınıb. Qurum əlavə edib ki, bəzi tədarüklər düzgün qeydiyyatdan keçməyən xarici iqtisadi fəaliyyət iştirakçıları vasitəsilə həyata keçirilir və bu da məhsulun izlənməsində problemlər yaradır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
83 137 82 95 76 75

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.