ice berg

ice berg Məsləhətlər 29-05-2026, 22:00

Bu yay nə etməli? - Doğum tarixinizə əsaslanan məsləhətlər

Bu yay nə etməli? - Doğum tarixinizə əsaslanan məsləhətlər

Sosial şəbəkələrdə doğum tarixinə əsaslanan astroloji və numeroloji yay siyahıları yenidən trendə çevrilib. İddialara görə, hər insanın doğulduğu tarix onun yay istirahəti üçün ideal seçimlərini müəyyənləşdirir.

 

Loading.az xəbər verir ki, numeroloqların fikrincə, ayın hər günü müəyyən enerji və xüsusiyyətlərlə əlaqəlidir. Buna görə də insanlara doğum tarixlərinə uyğun fərqli yay planları tövsiyə olunur.

 

Bildirilib ki, 1, 10, 19 və 28-də doğulan şəxslərə qorxduqları bir şeyi sınamaq məsləhət görülür. Bu, ekstremal səyahət və ya komfort zonasından çıxmaq ola bilər.

2, 11, 20 və 29-da doğulanlara yaxın insanlarla birlikdə günəşin doğuşunu izləmək tövsiyə edilir. Bunun emosional bağları gücləndirdiyi və “təbiətlə harmoniya” yaratdığı iddia olunur.

 

3, 12, 21 və 30-da dünyaya gələnlər üçün açıq hava konsertləri və festivallar uyğun hesab edilir. 4, 13, 22 və 31-də doğulanlara isə dostlarla həyətdə və ya təbiətdə yay görüşləri təşkil etmək məsləhət görülür.

 

5, 14 və 23-də doğulan şəxslərə plansız və spontan səyahətlər tövsiyə olunur. 6, 15 və 24-də doğulanlar üçün isə açıq havada romantik şam yeməkləri ideal seçim sayılır.

 

7, 16 və 25-də doğulanlara sosial şəbəkə və qadcetlərdən uzaq şəkildə təbiətdə tək vaxt keçirmək məsləhət görülür.

 

8, 17 və 26-da doğulan şəxslərə əvvəllər getmədikləri şəhərlərə səyahət etmək, 9, 18 və 27-də doğulanlara isə muzey və tarixi məkanları ziyarət etmək tövsiyə edilir.

 

Mütəxəssislər xatırladırlar ki, astrologiya, numerologiya və oxşar sahələr elmi əsaslara söykənmir və daha çox əyləncə xarakteri daşıyır. Buna görə də bu cür “məsləhətlər” şəxsi qərarlar üçün etibarlı istiqamət kimi qəbul edilməməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
124 94 111 109 86 111

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.