cabir

cabir Məsləhətlər 30-05-2026, 19:00

Bu tarixə qədər qarpız yeməyin

Bu tarixə qədər qarpız yeməyin

Vaxtından əvvəl yetişən qarpızlara tez-tez həddindən artıq nitrat gübrələri verilir ki, bu da insanlarda zəhərlənmə simptomları yarada bilir. Bu, xüsusən də uşaqlar və yaşlılar üçün təhlükəlidir.            Sun.Az                 

Publika.az-a istinadən xəbər verir ki, bunu RİA Novosti-yə diyetoloq, tibb elmləri namizədi Olqa Yamilova deyib.
Onun sözlərinə görə, bədənin nitratla yüklənməsi ürəkbulanma, qusma, başgicəllənmə və siyanoza - dərinin və selikli qişaların mavi rəngə boyanmasına səbəb ola bilər.                         

Diyetoloq sağlamlıq risklərini azaltmaq üçün qarpızı təbii şəkildə yetişməyə başladığı avqust ayına qədər yeməməyi məsləhət görüb.

Yamilova həmçinin xatırladıb ki, qarpız qabıqları daim torpaqla təmasda olur və bu bostan bitkisinin səthində salmonella, "E.coli" və rotavirus patogenləri ola bilər. Buna görə də, qarpız yeməzdən əvvəl giləmeyvəni xüsusi sabunla, fırçalayaraq və axar suyun altında yaxşıca yuyaraq təmizləmək lazımdır. Həkim məhz eyni səbəbdən satış nöqtələrində dilimlənmiş qarpızların dadına baxmamağı da məsləhət görüb.

                 

                     

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
88 114 105 104 90 98

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.