Azərbaycanda televiziyalarla bağlı YENİLİK

Azərbaycanda televiziyalarla bağlı YENİLİK

"2018-ci ilin 1-ci yarısında Bakıda Alternativ Teleqüllə istifadəyə veriləcək" .

Bunu Modern.az-açıqlamasında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin direktoru Mikayıl Abbasov bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna kimi tikinti işlərinin başa vurulması nəzərdə tutulub:

"2018-ci ilin 1-ci yarımilliyində həmin teleqüllədən yayım imkanı əldə ediləcək. Avadanlıqlar xaricdən gətirildiyi üçün, tam dəqiq vaxt qeyd etmək olmur. Yeni teleqüllənin inşasında məqsəd, üç aydan bir profilaktika işlərinin görülməsi ilə əlaqədar həmin gün efirin boş qalmamasıdır.

Bu əhali arasında narazılıq yaradır. Bu narazılığı aradan qaldırmaq üçün profilaktik işlər zamanı alternativ teleqüllə vasitəsilə Bakı şəhərində yayım tam şəkildə həyata keçiriləcək."

Mikayıl Abbasov bildirib ki, tikinti işlərinin 80%-i tamamlanıb və teleqüllənin hündürlüyünün 140 metr olacağı nəzərdə tutulur.

Qeyd edək ki, yeni alternativ teleqüllənin inşası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarına uyğun olaraq həyata keçirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
500 455 499 432 528 462

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.