ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 31-05-2026, 13:55

Denqe qızdırmasına yoluxanların sayı artır

Denqe qızdırmasına yoluxanların sayı artır

Denqe qızdırmasına yoluxanların sayı artır

İranda denqe qızdırmasına yoluxma hallarının artdığı bildirilir.

Cin.az xəbər verir ki, bu barədə İran QİÇS Mərkəzinin rəhbəri, professor Mino Məhrəz məlumat verib.

Onun sözlərinə görə, xəstəliyi yayan ağcaqanad növü artıq uzun müddətdir ölkədə mövcuddur və xüsusilə durğun sularda sürətlə çoxalır.

Mino Məhrəz qeyd edib ki, denqe qızdırması insanlara ağcaqanad sancması vasitəsilə keçir və insanlar arasında birbaşa yoluxma baş vermir.

“İlk yoluxma zamanı simptomlar əsasən yüngül keçir və soyuqdəyməni xatırladır. Lakin təkrar yoluxma daha ağır nəticələrə səbəb ola, qanaxma və hətta ölümlə nəticələnə bilər. Xəstəliyin spesifik müalicəsi yoxdur, buna görə profilaktik tədbirlər xüsusi əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
69 81 69 111 98 82

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.