ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 31-05-2026, 21:55

Ukraynadan Rusiyaya qarşı yeni sanksiyalar

Ukraynadan Rusiyaya qarşı yeni sanksiyalar

Ukraynadan Rusiyaya qarşı yeni sanksiyalar

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalarla bağlı fərman imzalayıb.

Duz.az xəbər verir ki, sənəd dövlət başçısının rəsmi saytında dərc olunub.

Məlumata görə, Zelenskinin imzaladığı fərman Ukraynanın sanksiyalarını Avropa İttifaqı (Aİ) tərəfindən qəbul edilmiş qərarlarla uyğunlaşdırıb. Yeni məhdudiyyətlər ümumilikdə 120 fiziki şəxs və təşkilatı əhatə edir.
Sanksiya siyahısına Rusiyanın 16 vətəndaşı, həmçinin Rusiya, Belarus, İran, BƏƏ və digər ölkələrdən 31 şirkət daxil edilib.

Bundan başqa, 19 İran və 7 Sudan vətəndaşına qarşı da məhdudiyyətlər tətbiq olunub.

Xatırladaq ki, aprelin 17-də Zelenski Rus Pravoslav Kilsəsi nümayəndələrinə qarşı da sanksiyalar tətbiq etmişdi. Həmin siyahıya doqquz din xadimi var idi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
112 81 118 110 89 106

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.