cabir

cabir Xəbərlər 31-05-2026, 16:30

Yaponiya əhalisinin sayında rekord azalma

Yaponiya əhalisinin sayında rekord azalma

Yaponiya əhalisi son beş ildə rekord dərəcədə azalıb.                   Sun.Az                            -ın "Yomiuri" nəşrinə istinadən xəbərinə görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara məlumat verib.                    

2025-ci il ilkin siyahıyaalınmaya əsasən, Yaponiya əhalisi 123 029 524 nəfər təşkil edir. Göstərici 2020-ci illə müqayisədə təxminən 3.09 milyon azalıb.

"Araşdırmanın yekunlarına görə, əhali 2015-ci ildən bəri ardıcıl üçüncü siyahıyaalmadır ki, azalır, eyni zamanda azalmanın miqyası da maksimum həddə çatıb - 2.5%", - deyə Kihara qeyd edib.

Eyni zamanda Tokio, Kanaqava, Saytamu və Tibu şəhərlərini əhatə edən Tokio regionunun əhalisi əvvəlki siyahıyaalma ilə müqayisədə 71 000 nəfər artaraq, 36 986 000 nəfərə çatıb. Bu artım Okinava prefekturasında da qeydə alınıb (0.1%).

Minoru Kihara bildirib ki, hökumət əhalinin azalması ilə mübarizə tədbirlərini davam etdirəcək. Hakimiyyət orqanları doğum nisbətini dəstəkləyəcək, regionlarda iş yerləri yaradacaq, iqtisadiyyatı inkişaf etdirəcək və gənclərin əməkhaqqını artıracaq.

                                          

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
92 97 85 93 75 105

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.