cabir

cabir Xəbərlər 31-05-2026, 17:20

Kanada vətəndaşı müxtəlif ölkələrdə onlarla insanın ölümünə səbəb olduğunu etiraf edib

Kanada vətəndaşı müxtəlif ölkələrdə onlarla insanın ölümünə səbəb olduğunu etiraf edib

Kanadalı Kennet Lou onlarla intihara yardım etmə faktı üzrə özünü təqsirli bilib.                            Sun.Az                     "The Guardian" nəşrinə və "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, internet vasitəsilə zəhərli maddələr dəsti və onlardan istifadə qaydalarını sataraq potensial intiharameyilli şəxslərə göndərməklə məşğul olub.                   

Lou bununla Kanadanın 14 sakininin (16-36 yaş arası) intiharına şərait yaratdığını etiraf edib. Prokurorluq onun ittihamlarını "qəsdən adam öldürmə" maddəsindən "intihara yardım etmə və ya buna təhrik etmə" maddəsinə tövsif etməyə razı olduqdan sonra o, istintaqla əməkdaşlıq etməyə razılıq verib.

Bundan əlavə, Böyük Britaniyaya ekstradisiya edilməyəcəyi barədə qərar açıqlandıqdan sonra Lou 79 britaniyalının da intiharına kömək etdiyini boynuna alıb.

Qeyd edək ki, Lou 2023-cü ildə həbs olunub. Kanada polisinin məlumatına görə, o, 2020-ci ildən bəri öz internet saytları vasitəsilə intihar etmək istəyənlər üçün zəhər dəstləri və təlimat kitabçaları satıb. İstintaqın qiymətləndirməsinə görə, o, ümumilikdə aralarında İtaliya, ABŞ və Avstraliyanın da olduğu 41 ölkədən olan alıcılara 1 200-dən çox belə dəst göndərib. Polisə məlum olub ki, o, Böyük Britaniya sakinlərinə ən azı 286 zəhər dəsti satıb və bu, ən azı 112 nəfərin ölümü ilə nəticələnib.

Lou barəsində hökm sentyabr ayında çıxarılacaq. İntihara yardım etmə maddəsi ilə onu 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

                                   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
113 86 97 69 107 115

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.