Gürcüstan DTX-si casusluqda şübhəli bilinən şəxsi saxladı
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) "Ölümsüz Gürcüstan Alayı"nın təsisçisi Gülbaat Rtsxiladzeni casusluq ittihamı ilə saxlayıb. Sun.Az
xəbər verir ki, bu barədə "Kommersant" nəşrinin məlumatına əsasən, DTX rəisinin müavini Laşa Maqradze keçirdiyi brifinqdə açıqlama verib.
DTX-nin məlumatına görə, saxlanılan şəxs Gürcüstan daxilində və xaricdə iki xarici kəşfiyyat xidmətinin nümayəndələri ilə gizli görüşlər keçirib. İddialara əsasən, o, maddi vəsait müqabilində həmin qurumlara kəşfiyyat xarakterli məlumatlar ötürüb və onların maraqları naminə müxtəlif fəaliyyətlər həyata keçirib.
Məlumata görə, sözügedən xarici kəşfiyyat xidmətlərinin Rusiya və İrana məxsus olduğu bildirilir.






