Yerevanda minlərlə insan küçələrə çıxdı
Rusiya ilə müttəfiqlik tərəfdarı kimi tanınan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın tərəfdarları Yerevanın mərkəzində minlərlə insanın iştirakı ilə yürüş keçiriblər. Sun.Az
xəbər verir ki, hadisə yerindən məlumatı RİA Novosti yayıb.
Nümayiş iştirakçıları paytaxtın əsas küçələrində yürüş edərək seçiciləri "Ermənistan" blokuna səs verməyə çağırıblar. Mitinqdə çıxış edən Köçəryan bildirib ki, mövcud hökumət seçkilərdən sonra hakimiyyətdə qalarsa, ölkə iqtisadi böhranla üzləşə bilər.
Keçmiş prezidentin sözlərinə görə, Ermənistan iqtisadiyyatı hazırda Avrasiya İqtisadi Birliyindən (AİB) əhəmiyyətli dərəcədə asılıdır. O vurğulayıb ki, naməlum səbəblərdən ölkəsi süni şəkildə Rusiyanın düşməni kimi təqdim edilir.






