ice berg

ice berg İdman 2-06-2026, 14:00

40 yaşlı Modriç dünya çempionatında oynayacaq

40 yaşlı Modriç dünya çempionatında oynayacaq

İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Luka Modriç Xorvatiya millisinin dünya çempionatı üçün yekun heyətinə salınıb.

 

Loading.az xəbər verir ki, Xorvatiya Futbol İttifaqının məlumatına görə, milli komandanın sifariş ərizəsində ümumilikdə 26 futbolçu yer alıb.

 

40 yaşlı Modriç 2025-ci ilin yayından “Milan”da çıxış edir. O, bundan əvvəl 13 il İspaniyanın “Real Madrid” klubunun formasını geyinib.

 

Təcrübəli futbolçu karyerası ərzində altı dəfə UEFA Çempionlar Liqasının, beş dəfə Klublararası Dünya Çempionatının, dörd dəfə İspaniya çempionatının qalibi olub. Modriç 2018-ci ildə “France Football” jurnalının təsis etdiyi “Qızıl top” mükafatını qazanıb.

 

Xorvatiya millisində 196 oyuna çıxan və 28 qol vuran Modriç 2018-ci ildə dünya çempionatının gümüş, 2022-ci ildə isə bürünc medalçısı olub. ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026 onun karyerasında beşinci dünya çempionatı olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
140 130 134 106 79 103

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.