İran ABŞ-İsrail gəmisinə zərbə endirdiyini bəyan etdi
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) dəniz qüvvələri ABŞ və İsraillə əlaqəli olduğu bildirilən gəmiyə hücum edib. Sun.Az
xəbər verir ki, bu barədə məlumatı Pars Today agentliyi yayıb.
İİKK bildirib ki, hücum Oman körfəzində İranın "Lian Star" gəmisinə endirilən zərbəyə cavab olaraq həyata keçirilib. Məlumata görə, buna cavab olaraq İran "MSC Sariska" gəmisini hədəfə alıb.
İİKK rəsmiləri həmçinin bəyan ediblər ki, ABŞ-ın bölgədə həyata keçirəcəyi istənilən təcavüzkar addıma qətiyyətli cavab veriləcək.






