Mart ayından bəri Livanda 3412 nəfər həyatını itirib
İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 3412 nəfərə çatıb. Sun.Az
xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi Livan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, mart ayından etibarən İsrailin Livan ərazisinə həyata keçirdiyi hücumlar nəticəsində 3412 nəfər həyatını itirib.






