Ermənistanın ikitərəfli siyasəti dalana dirənib?
Ermənistanın Baş naziri Nikol Paşinyanın hazırkı siyasi kursu siyasi və iqtisadi parçalanma təsiri bağışlayır. Sun.Az
xəbər verir ki, bu fikri politoloq Karen İgityan Lenta.ru-ya açıqlamasında səsləndirib.
Ekspertin sözlərinə görə, Ermənistan bir tərəfdən Avropa İttifaqı və ABŞ ilə müxtəlif sənədlər və bəyannamələr imzalayıb, digər tərəfdən isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını donduraraq Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvlüyündən iqtisadi dividendlər əldə etməyə davam edib. Lakin onun fikrincə, artıq Ermənistan rəhbərliyi konkret seçim etmək məcburiyyətindədir.
"Görünür, manevr imkanları tükənmək üzrədir. Mayın 29-da Astanada qəbul edilən 'dördlüyün' birgə bəyanatı Nikol Paşinyana qərar verməsi üçün açıq mesaj və çağırışdır", - deyə İgityan vurğulayıb.






