cabir

cabir Xəbərlər 3-06-2026, 16:20

Qırğızıstan Brüssellə etibarlı tərəfdaşlıq niyyətini təsdiqlədi

Qırğızıstan Brüssellə etibarlı tərəfdaşlıq niyyətini təsdiqlədi

Qırğızıstan sanksiyalardan yayınma hallarının qarşısının alınması məsələsində Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığa və dialoqa dəstək verdiyini bəyan edib.                  Sun.Az                     

xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin rəsmi saytında xarici işlər naziri Jeenbek Kulubayevlə Almaniyanın xarici işlər naziri Yohann Vadeful arasında keçirilən görüşün yekunlarına dair yayılan məlumatda qeyd olunub.                  

Bəyanatda bildirilir ki, Qırğızıstan beynəlxalq öhdəliklərinə sadiq qalaraq, sanksiyalardan yayınma hallarının qarşısının birgə alınması məqsədilə Avropa İttifaqı ilə açıq və konstruktiv dialoq aparır.

Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqlərindən biri olan Qırğızıstan, eyni zamanda Brüssellə bərabərhüquqlu və etibarlı tərəfdaşlığa hazır olduğunu da təsdiqləyib. Görüş zamanı Jeenbek Kulubayev vurğulayıb ki, Aİ-nin birtərəfli məhdudiyyətləri Mərkəzi Asiya ölkələrinin sosial-iqtisadi inkişafı üçün müəyyən risklər yaradır.

                      

                  

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
106 58 82 101 98 96

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.