Həsrət qalmışam


Gəlirmi yadına o ötən çağlar
Səninlə yaşanan o xoş zamanlar
Ürəyim hələdə səni arzular
Bir şirin sözünə həsrət qalmışam
Day olan olubdu bitən bitibdi
Neçə gün neçə ay illər keçibdi
Gedişin ömrümü viran edibdi
Bir msj bir zəngə həsrət qalmışam
Ah çəkib dərindən düşünrəm hərdən
Görəsən yar niyə soyudu məndən?
Ayrılıq söylədi heç gözlənmədən
"Can"deyən səsinə həsrət qalmışam
Kövrək mahnılarda qəlbi ovutmur.
Ürəkdə dirənib səni unutmur
Bir kmsə bir pzgə yerini tutmur
Sənin"gülüşünə"həsrət qalmışam
Elə çox darıxıram səninçün elə
Həsrətəm sevginə həsrətəm sənə
Qayıda bilsəydim kaş o günlərə
Bir sözlə mən sənə həsrət qalmışam







