Xoşbəxt ol
İnanmaq istəmirdim,
Axır anladım səni.
Lap əzəldən əzizim,
Sevməmisən sən məni.
İnandırdım özümü,
Boş, yalan xəyallara.
Axır ki cavab tapdım,
Qaranlıq suallara.
O ürəkdə yad idim,
Özgə idim əzəldən.
Nahaq sevgi diləndim,
Yad olduğum gözəldən.
Geci-tezi var idi,
Ürəyim yandı axır.
Bu sevginin ocağı,
Xoşbəxt ol, söndü axır.
- Ziya Fədai






