Berlin Moskvaya səsləndi: Sülh danışıqlarına başlamağın vaxtıdır
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı münaqişənin Avropanın iştirakı ilə həlli istiqamətində danışıqlara başlamağa çağırıb. Sun.Az
xəbər verir ki, bu barədə Almaniyanın N-TV telekanalı məlumat yayıb.
Nazir bildirib ki, artıq danışıqlar masasına əyləşməyin vaxtı çatıb.
Yohan Vadefulun sözlərinə görə, Ukraynadakı münaqişə təcili həll tələb edən kritik mərhələyə çatıb və tərəflər siyasi dialoqa üstünlük verməlidirlər.






