Tehranın Mehrabad hava limanında bütün uçuşlar ləğv edilib, dövlət mediası xəbər verir
İranın yarı-rəsmi Mehr xəbər agentliyinin bazar ertəsi verdiyi məlumata görə, Tehranın Mehrabad hava limanında bütün uçuşlar ləğv edilib. Sun.Az CNN-ə istinadən xəbər verir ki, hava limanı İranın əsas nəqliyyat mərkəzidir və həm daxili, həm də beynəlxalq marşrutlar üzrə uçuşlar həyata keçirir. İsrail və İran aprel atəşkəsindən bəri ən pis eskalasiya ilə üzləşirlər.
Tehran da daxil olmaqla, İranın bir neçə şəhərində partlayışlar baş verdiyi bildirilir.
Müəllif: İlkin Məmmədkərimov






