Ermənistanda seçki yarışı: Hakim partiya birinci oldu
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının seçkilərdə qalib gəldiyini açıqlayıb. Sun.Az
xəbər verir ki, nəticələr MSK-nın rəsmi internet səhifəsində dərc olunub.
Məlumata görə, MSK ölkə üzrə fəaliyyət göstərən 2005 seçki məntəqəsinin hamısından daxil olan məlumatları emal edib. Seçici fəallığı 58,97 faiz təşkil edib və ümumilikdə 1 milyon 476 min 916 səs sayılıb.
Yekun nəticələrə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Müqaviləsi Partiyası təxminən 727 min səs toplayaraq 49,81 faiz nəticə göstərib. Rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi Güclü Ermənistan Partiyası isə 340 mindən çox səslə ikinci yerdə qərarlaşıb. Partiya səslərin 23,29 faizini qazanıb.






