İsraildən yeni açıqlama: İranın hərbi infrastrukturu vurulur
İsrail İranın raket buraxıcılarını və enerji sektoru ilə əlaqəsi olmayan infrastruktur obyektlərini hədəf alır. Sun.Az xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı səfiri Yexiel Leiter sosial media hesabında paylaşım edib.
"İsrail hazırda İranın yer-yer tipli raket buraxıcılarını və enerji sektoru ilə əlaqəli olmayan infrastrukturunu hədəf alır", - deyə səfir bildirib.
Leiterin sözlərinə görə, İran daha əvvəl İsrail istiqamətində 11 ballistik raket buraxıb. O, həmçinin Livandakı radikal şiə qruplaşması Hizbullaha xəbərdarlıq edərək, təşkilatın İsrailə qarşı hücuma keçəcəyi təqdirdə Beyrutun Dahieh bölgəsində yerləşən komandanlıq mərkəzinin ciddi zərər görəcəyini qeyd edib.






