ice berg

ice berg Məşhurlar 8-06-2026, 13:00

Məşhur amerikalı müğənninin sərvəti iki milyard dollara çatdı

Məşhur amerikalı müğənninin sərvəti iki milyard dollara çatdı
Amerikalı müğənni Teylor Sviftin sərvəti iki milyard dollara çatıb.
Loading.az "Forbes" nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumat maliyyə, texnologiya, media, biznes, əyləncə və xeyriyyəçilik sahələrində "oyun qaydalarını dəyişən" liderlərin yer aldığı yenilənmiş "Iconoclast 50" siyahısında əks olunub.
Həmin siyahıda Donald Tramp, İlon Mask, Mark Zukerberq və Uorren Baffettlə yanaşı, şou-biznes və idman dünyasının tanınmış nümayəndələri də yer alıblar.
Sviftin sərvətinin artmasının əsas mənbələri 2023-2024-cü illərdə keçirilən və təxminən 2,2 milyard dollar gəlir gətirən "The Eras" turu, eləcə də yeni musiqi buraxılışları və əvvəlki kataloqunun yenidən nəşri olub.
Xüsusilə vurğulanır ki, müğənni turnenin uğurundan sonra orijinal səs yazılarının hüquqlarını təxminən 360 milyon dollara geri almaq üçün bağlanan müqaviləni şəxsən maliyyələşdirib.
Bununla belə, yüksək sərvətinə baxmayaraq, Teylor Svift hələlik dünyanın ən zəngin musiqiçisi hesab edilmir. "Forbes"un məlumatına görə, hazırda bu siyahıya təxminən 2,8 milyard dollarlıq sərvətlə Jay-Z liderlik edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
96 105 115 117 88 87

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.