Boreç

Boreç Şeirlər 8-06-2026, 21:00

Mən pənah elədim sənə İlahi.

Mən pənah elədim sənə İlahi.

Sən yenə əhv etdin, günahlarımı,

Məni utandırdın, yenə İlahi. 

Gözümü yollardan, çəkdin, apardın, 

Sevinci bəxş etdin, mənə İlahi.

Ruhumla qorxular, əkiz olsa da,

İşlərim düyünlü, qəliz olsa da, 

Günahım dalğalı, dəniz olsa da, 

Adınla başladım, günə İlahi.

Bəzən ucalırdı, fəqanım göyə,

Özümdən küsürdüm, bilmirəm niyə? 

Məni unutsaydın, bütün hər şeyə, 

Mən çətin gərərdim, sinə İlahi.

Ruhum dərd əlindən, əzilsə belə,

Qəlbim hər addımda, üzülsə belə, 

Əllərim hər yerdən, üzülsə belə, 

Mən pənah elədim, sənə İlahi.

Səbuhi İlkin

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
106 122 129 120 105 85

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.