cabir

cabir Xəbərlər 9-06-2026, 14:30

ATƏT: Paşinyan seçki kampaniyasında müxalifətə qarşı təhdid xarakterli ifadələr işlədib

ATƏT: Paşinyan seçki kampaniyasında müxalifətə qarşı təhdid xarakterli ifadələr işlədib

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkiləri kampaniyası dövründə müxalifətə qarşı sərt və təhdid xarakterli bəyanatlar verməkdə ittiham olunur.                    Sun.Az              

xəbər verir ki, bu barədə ATƏT-in seçki müşahidə missiyasının ilkin hesabatında qeyd olunub.             

Hesabatda bildirilir ki, baş nazir çıxışlarında, o cümlədən məcburi köçkün erməni qaçqınları ilə bağlı məsələlərdə təhqiredici və təhrikedici ifadələrdən istifadə edib. Sənəddə həmçinin qeyd olunur ki, bəzi hallarda Paşinyan müxalifət namizədlərini istintaqa cəlb olunmaq və onların şirkətlərinin milliləşdirilməsi ilə açıq şəkildə hədələyib.

ATƏT müşahidəçilərinin qiymətləndirməsinə görə, seçki kampaniyası müddətində sosial şəbəkələrdə namizədlər arasında şəxsi hücumlar geniş yayılıb. Hesabatda vurğulanır ki, kampaniya dövründə təhrikedici ritorika əsasən Baş nazir Paşinyanın çıxışlarında müşahidə olunub.

                                

                          

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
106 93 84 91 118 115

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.