Donald Trampdan Nikol Paşinyana təbrik mesajı
ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı Vətəndaş Müqaviləsi Partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. Sun.Az xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı özünün Truth Social sosial şəbəkəsində paylaşım edib.
"Nikol Paşinyanı Ermənistanda keçirilən milli seçkilərdə qazandığı qətiyyətli qələbə münasibətilə təbrik edirəm. Onun yenidən seçilməsi üçün göstərdiyim dəstəkdən qürur duyuram", - deyə Tramp paylaşımında qeyd edib.






