cabir

cabir Xəbərlər 11-06-2026, 13:00

ABŞ-İran qarşıdurması enerji bazarlarını silkələdi

ABŞ-İran qarşıdurması enerji bazarlarını silkələdi

Yaxın Şərqdə gərginliyin artması qlobal enerji bazarlarına da təsir göstərib və neft qiymətləri yenidən yüksəlişə keçib.                         Sun.Az            

xarici mediaya istinadən xəbər verir ki, ABŞ ordusunun İrana hücumu və Tehranın Hörmüz boğazını beynəlxalq gəmiçilik üçün bağlamasından sonra əsas enerji resurslarının qiymətlərində artım qeydə alınıb.                            

Belə ki, Şimali dəniz Brent markalı neftin avqust ayı üzrə fyuçers müqavilələrinin qiyməti əvvəlki bağlanış göstəricisi ilə müqayisədə 0,98 faiz və ya 0,91 dollar artaraq 94,01 dollara yüksəlib.

Eyni zamanda, Nyu-York Ticarət Birjasında elektron ticarət zamanı West Texas Intermediate (WTI) markalı xam neftin iyul ayı üzrə fyuçers müqavilələrinin qiyməti 1,08 dollar və ya 1,2 faiz artaraq 91,11 dollara çatıb.

                

  

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
83 60 106 50 58 65

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.