Rusiya və Avropa arasında gərginlik davam edəcək - ekspert rəyi
Çikaqo Universitetinin professoru Con Mirşaymer Rusiya ilə Avropa arasında mümkün silahlı qarşıdurmanın başlaya biləcəyi altı əsas risk zonasını açıqlayıb. Sun.Az xəbər verir ki, o, bu barədə jurnalist Taker Karlsonun YouTube kanalında yayımlanan müsahibəsində danışıb.
"Altı alovlanma nöqtəsi var: Belarus, Kalininqrad, Baltik dənizi, əriməkdə olan Arktika, Moldova və Qara dəniz. Bunlar Rusiya ilə bir tərəfdən Avropa və Kiyev arasında mümkün qarşıdurmanın baş verə biləcəyi ərazilərdir. Şərqi Avropa yaxın gələcəkdə çox təhlükəli region olacaq", - deyə Mirşaymer bildirib.
Professorun sözlərinə görə, Ukraynadakı münaqişə dayandırılsa və ya dondurulmuş vəziyyətə keçsə belə, Rusiya ilə Avropa arasında münasibətlər uzun müddət gərgin olaraq qalacaq.






