Qətər nümayəndə heyəti İran rəsmiləri ilə gecə danışıqlarından sonra Tehranı tərk edib
Vəziyyətdən xəbərdar olan diplomatik mənbə CNN-ə bildirib ki, Qətər nümayəndə heyəti cümə axşamı səhər İran rəsmiləri ilə danışıqlardan sonra Tehranı tərk edib.
Mənbə bildirib ki, ABŞ ilə əlaqələndirilmiş şəkildə aparılan danışıqlar bu səhər erkən saatlara qədər davam edib. Sun.Az
CNN-ə istinadən xəbər verir ki, ABŞ gecə İrana zərbə endirərkən nümayəndə heyəti Tehranda idi.
Müəllif: İlkin Məmmədkərimov






