ABŞ İranın hərbi infrastrukturunu hədəf aldı
ABŞ ordusunun İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların başa çatdığı bildirilir. Sun.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial media platformasında paylaşım edib.
Bəyanatda qeyd olunub ki, CENTCOM qüvvələri əlavə zərbələr endirib.
Məlumata görə, hücumlar İranın rabitə sistemlərini, hava hücumundan müdafiə vasitələrini və kəşfiyyat infrastrukturunu hədəf alıb.
Qeyd edək ki, ABŞ və İran silahlı qüvvələri arasında Fars körfəzində dəniz qarşıdurmasının davam etdiyi bildirilir.






