weher uwagi

weher uwagi Maraqlı 11-06-2026, 11:30

Anna Nevil - 570

Anna Nevil - 570

İngilis əsilzadəsi, Güllər müharibəsi dövrünün mühüm tarixi şəxsiyyətlərindən biri (Vorvik qrafı) Riçard Nevilin qızı, İngiltərə kralı III Riçardın xanımı Anna Nevil bu gün, yəni 11 iyun 1456-cı ildə İngiltərənin Vorvikşik qraflığında anadan olub. 

İngiltərə taxt-tacı uğrunda Lankaster və York ailələri arasında çıxan Gül müharibəsində mühüm rol oynamış Nevil ailəsinin üzvü olan Anna Nevilin ilk evliliyi atasının planı əsasında baş tutdu. IV Eduarda qarşı üsyan çıxaran atası Riçard Nevil Lankasterləri dəstəkləməyə başladı və yeni müttəfiqlərinin taxt namizədi olan VI Henrinin yeganə oğlu Vestminsterli Eduardla qızını evləndirdi. Bu nikah səbəbilə Uels şahzadəsi ünvanı alan Anna Nevilin ilk evliliyi çox çəkmədi. Vestminsterli Eduard 1471-ci ilin mayında döyüş meydanında həlak oldu.

York kralı IV Eduardın səltənətini yenidən bərpa etməsinin ardından Anna Nevil bağışlanaraq Londona geri çağırıldı və kralın kiçik qardaşı olan Qloçester hersoqu Riçardla evləndi. Üstəlik bacısı İzabel Nevil də kralın digər qardaşı Klarens hersoqu Corcla evli idi. Riçard Plantagenetin 1483-cü ilin iyununda qardaşı oğlunu devirərək hakimiyyəti ələ almasının ardından Anna Nevil də İngiltərə kraliçası oldu. Ancaq 16 mart 1485-ci ilin martında ərindən 5 ay öncə Vestminster sarayında ehtimal edilir ki, vərəmdən vəfat etdi.

Annanın öldüyü gün günəş tutulması baş verdi, bəziləri bunu ərinin səmavi lütfdən düşməsinin əlaməti kimi qəbul etdilər. Şahidlərin sözlərinə görə III Riçard onun dəfn mərasimində ağlayıb. Lakin Annanın ölümündən az sonra Riçard öz qardaşı qızı Yorklu Elizabetlə evlənmək üçün arvadını zəhərlədiyi barədə şayiələr yayıldı. Riçard Elizabeti saraydan uzaqlaşdırdı və 30 mart 1485-ci ildə öz hərəkətləri barədə gəzən şayiələri açıq şəkildə təkzib etdi. Riçardın arvadının ölümünə görə kədərinin əsassız olduğuna şübhələr qalmadı, lakin daha sonra Portuqaliya Kral arxivi sənədlərinə əsasən Annanın ölümündən sonra ikili toy barədə danışıqların aparılması üçün Riçard tərəfindən səfirlərin göndərilməsi məlum oldu.

Cütlüyün yeganə övladı olan Midlhamlı Eduard isə cəmi 7 yaşında naməlum səbəblə vəfat etdi.

 
 

   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
75 82 83 74 68 78

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.