cabir

cabir Xəbərlər 13-06-2026, 11:30

Əraqçi: "Müharibəni bitirmək üçün ən uyğun vaxt üstünlüyün bizdə olduğu zamandır"

Əraqçi: "Müharibəni bitirmək üçün ən uyğun vaxt üstünlüyün bizdə olduğu zamandır"

İran ABŞ-la münaqişədə üstünlük qazandığını iddia edir və hesab edir ki, müharibəni başa çatdırmaq üçün ən əlverişli məqam məhz indidir.           Sun.Az             xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Mehr News-a açıqlamasında bildirib.       

Əraqçi deyib: "Müharibəni bitirmək üçün ən yaxşı vaxt üstünlüyümüzün olduğu zamandır. Biz döyüş meydanında həqiqətən qalib gəlmişik."

Nazirin sözlərinə görə, hərbi uğurlar diplomatik proseslərdə də İranın mövqeyini gücləndirir və Tehran məhz buna görə Vaşinqtonla mümkün razılaşma üçün daha əlverişli şəraitin yarandığını düşünür.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai isə bildirib ki, İran rəhbərliyi son dövrlərdə əsas diqqətini ölkənin milli maraqlarının qorunmasına yönəltdiyi üçün ABŞ-dan sosial şəbəkələr vasitəsilə səsləndirilən davamlı təhdidlərə cavab verməyə vaxt ayırmayıb. O vurğulayıb ki, Tehran üçün əsas prioritet ölkənin maraqlarının müdafiəsidir.

                                                        

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
93 79 103 91 86 93

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.