ice berg

ice berg Şeirlər 16-06-2026, 02:11

Həyat bir daş kimi alnıma dəydi

Həyat bir daş kimi alnıma dəydi

Düşünüb-daşınıb,
Daşınıb-düşündüm bir az,
Həyat bir daş kimi alnıma dəydi.

Adam ağladanmış sevgi deyilən,
Qızların göyçəyi atıb gedənmiş.
Sevilib-sevilib atılan oğlan,ayılan gözəl,
Ayıldım,bunların hamısı nədənmiş?

Sevməyin qaydası olurmuş demə,
Getməyin,gəlməyin yolu varıymış.
Alovdu,dənizdi sevgi deyilən,
Alova,dənizə qız gəlmir axı,
Alovdan adama ev olmur axı.

Sevməyin qaydası olurmuş, demə,
Bu yolu bilənə qızlar vurulur.
Guya ki,məhəbbət dərs kimi şeymiş,
Onu əzbərləmək,öyrənmək olur.

Düşünüb-daşınıb,
Daşınıb-düşündüm bir az,
Həyat bir daş kimi alnıma dəydi.🐈

Qəşəm Nəcəfzadə.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
103 83 117 145 105 118

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.