Qəfil darıxır adam
Qəfil darıxır adam,
Heç unutmamış kimi.
Sanki illər keçməyib,
Yaş qurutmamış kimi.
Qəfil darıxır adam,
Yadlaşan biri üçün.
İllərcə yas tutduğun
Könlündə diri üçün.
Qəfil darıxır adam,
Kaş sən də darıxasan.
Mən karıxıb, darıxdım,
Kaş sən də karıxasan.
Nərimanlı






