Bilərək yuxularımdan keçirsən
Yenə də bir gecə, saat da iki,
Bəlkələr, kaşkilər, bir də xəyallar.
Yenə də beynimdə keçmişə aid,
Suallar, suallar, yenə suallar.
Kim bilir necəsən, hardasan indi,
Kim bilir nə yeyir, nələr içirsən?
Yanıma gəlməkdən qorxursan deyə,
Bilərək yuxularımdan keçirsən?
Hər dəfə yuxuma gəldiyin anda,
Sanki can alırsan ruhsuz canımdan.
Gəlmə də yuxuma, gəlmə ki mən də,
Qoy yatım, yuxumda keçim yanından...






