ice berg

ice berg Sevgi 18-06-2026, 23:00

Əsl sevgi imtahan istəyir

Əsl sevgi imtahan istəyir

Hər şeydən çətin əldə edilən şey, hər şeydən daha çox sevilir.  

Çünki asan qazanılan şey asan unudulur. Amma göz yaşı ilə, səbrlə, gözləməklə qazandığın bir şey, canından bir parça olur. O şeyə nə ad qoyursan qoy – məqsəd, yuxu, insan... Nə qədər çətin olsa, bir o qədər dəyərli olur gözündə.

 

Sevgi isə bütün çətinliklərin içində ən çətini, ən qiymətlisidir.  

Sevgi, əzabları dəf etməkdir. Səni yıxan sözləri eşitdikdə susmaq, incitmək əvəzinə sarılmaqdır. Sevgi, anlamaqdır. İzah etməsə də “yəqin yorulub” deyib onun yerinə düşünməkdir. Sevgi, gülümsəməkdən heç vaxt imtina etməməkdir. Dünyan dağılanda belə, qarşındakının üzündə bir işıq yandırmaq üçün öz qaranlığını gizlətməkdir.

Sevgi qovuşmaq deyil. Sevgi qalmaqdır.  

Fırtına olanda qaçmayan, soyuq olanda istiləşdirən, səhv edəndə əlin buraxmayan adamdır. Əzab varsa dözür, anlamaq çətinləşəndə daha çox yaxınlaşır, darıxanda daha çox gülür. Çünki bilir: əsl sevgi imtahan istəyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
110 111 120 118 153 118

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.